İdman 11:10 19.10.2022

PFL rəsmisi "Barselona"nın oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada "Viktoriya" (Plzen) və İspaniya "Barselona"sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin VI tur matçında UEFA nümayəndəsi olacaq.

Noyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 
Səbuhi Həsənov