Dünya 19:31 01.12.2022

PKK-nın “kəşfiyyat rəhbəri” məhv edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.

Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat Sincar bölgəsində baş tutub.

Bildirilib ki, əməliyyat nəticəsində PKK terror təşkilatını idarə edən şəxslərdən biri olan qruplaşmanın "kəşfiyyat rəhbəri” Fatma Onur məhv edilib.

"Kinda Maraş” kod adını daşıyan terrorçunun 1990-cı illərdə qruplaşmaya İngiltərədən qatıldığı və uzun müddət müxtəlif təlimlərdə iştirak edərək terror təşkilatının üst kadr heyətinə daxil olduğu qeyd edilib.

Məlumata görə, terrorçu daha çox İraqın Süleymaniyyə bölgəsində, həmçinin İraqın şimalında fəaliyyət göstərib. MİT F.Onuru məhv etmək üçün onun Kandildən Sincara qədər hərəkətini izləyib və uğurlu əməliyyat nəticəsində terrorçu zərərsizləşdirilib.