İdman 15:00 09.07.2022

Pol Poqba sabiq klubuna qayıtdı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba İtaliyaya qayıdıb.
 
Qayanrinfo xəbər verir ki, futbolçu yeni mövsümdən etibarən "Yuventus"da forma geyinəcək. İtaliya klubunun sosial şəbəkələrdəki səhifəsində fransalı ulduzun Turinə qayıtması ilə bağlı video paylaşılıb. 

"Mançester Yunayted"lə müqaviləsini yeniləməyən futbolçu tiobbi yoxlanışdan keçəndən sonra sabiq komandası ilə müqaviləyə imza atacaq.

PSJ-nin Zinəddin Zidanla anlaşacağı təqdirdə Fransa paytaxtına dönəcəyi bildirilən Poqbanın paytaxt komandasının Kristof Qaltyeni seçməsindən sonra Poqbanın transfer siyahısından çıxarılması ilə bağlı qərar verilib.
 

 
Səbuhi Həsənov