Ölkə 15:15 22.01.2023

Polis Şərur və Kəngərli rayonlarında əməliyyat keçirdi (FOTO)

Naxçıvanın Şərur və Kəngərli rayonlarında satışı qadağan edilən tütün məmulatları aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşları Yengicə kəndində və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları isə Qıvraq qəsəbəsində pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ümumilikdə 700 qutudan çox aksiz markasız, satışı qadağan edilmiş tütün məmulatlarını aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.

Faktlarla bağlı araşdırmalar aparılır.