Dünya 13:10 17.05.2023

Polşa başda olmaqla bir sıra Avropa ölkələrindən Zelenskiyə gizli çağırış

Polşanın başçılıq etdiyi bir qrup Avropa dövləti Ukrayna prezidenti Volodimir Zelenskini gizli şəkildə "müharibəyə son qoymağın yollarını tapmağa” çağırır. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herşin Substack platformasında "Ukraynalı qaçqınların məsələsi” adlı məqaləsində deyilir.

Məqalənin əvvəlində Seymur Herş ötən həftə "The Washington Post”da dərc olunmuş məqaləni xatırladır və orada Volodimir Zelenskinin Rusiyaya zərbə endirməkdən imtina etməsi ilə bağlı açıqlamalarına baxmayaraq, "digər variantlar da pərdə arxasında müzakirə olunub”.

"Bugünkü müharibəyə görə məsuliyyət daşıyan Moskva, Kiyev və Vaşinqton müvəqqəti atəşkəslə bağlı danışıqlara belə maraq göstərmirlər... İndi biz yalnız yazın sonunda və ya yayda tərəflərdən birinin hücumunun mümkünlüyündən danışırıq”, – jurnalist yazır.

Eyni zamanda, Seymur Herş bildirir ki, "Polşa, Macarıstan, Litva, Estoniya, Çexoslovakiya və Latviya rəsmilərinin təşəbbüsü ilə bəzi ABŞ kəşfiyyat rəsmilərinin bildiyi başqa bir şey hazırlanır”.

Jurnalist iddia edir ki, Polşa başda olmaqla bir sıra Avropa ölkələri Ukrayna prezidentini "müharibəyə son qoymağın yollarını tapmağa, hətta lazım gələrsə, istefaya getməyə” çağırır. "Sızdırılmış məlumatlara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumdur ki, Zelenski buna getmir və qonşularının dəstəyini itirməyə başlayır”, - Herş əlavə edir. Məqalədə bu məlumatın hansı materiallardan əldə edildiyi qeyd edilmir.

Nizami Bağırov