Dünya 12:16 22.02.2023

Polşa Belarusla sərhədi tamamilə bağlamağa hazır olduğunu açıqladı

Təhlükəsizliyinə təhdid yaranacağı halda Polşa Belarusla sərhədi tamamilə bağlamağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu haqda RBC portalına istinadən yazıb.
 
Portalın veridiyi məlumata görə, bu barədə ölkənin xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

"Əgər xüsusilə təhlükəsizliklə bağlı belə ehtiyaclar yaranarsa, biz mütləq buna hazır olacağıq”, - Yablonski Polşanın Belarusla sərhədi tamamilə bağlayacağı sualına cavabında deyib.

Eyni zamanda, o qeyd edib ki, bu qərarın qəbulu təkcə siyasi amillərə əsaslanmayacaq. Polşa hakimiyyəti anlayır ki, embarqoya məruz qalmayan malları sərhəddən keçirə bilən şirkətlər var, - Yablonski izah edib.

Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini əlavə edib: "Əgər təhlilimiz təhlükəsizliyə artan təhdinin olduğunu göstərsə, o zaman belə qərarlar qəbul edilə bilər".

2022-ci ilin aprelində Aİ beşinci sanksiyalar paketi çərçivəsində Rusiya və Belarusdan nəqliyyat vasitələrinin keçidinə qadağa qoyub. Qadağa tranzit də daxil olmaqla, Aİ daxilində avtomobil yolu ilə yük daşımalarına şamil edilir. Kalininqrad vilayətinə tranzit saxlanılıb. İstisna əczaçılıq, tibbi, kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən buğda, habelə humanitar göndərişlər olub.

Fevralın 20-si ərəfəsində Polşa Belarusla sonuncu işçi keçid məntəqəsində - "Kukurıki - Kozloviç"də yük maşınlarının hərəkətini məhdudlaşdırmaq qərarına gəlib. Aİ-yə üzv dövlətlərdə, Avropa Azad Ticarət Assosiasiyasında (EFTA) qeydiyyatdan keçmiş yük maşınlarına istisna olacaq.

Alpər