Dünya 17:18 09.01.2023

Polşa Ukraynaya “Leopard 2” tankları vermək istəyir

Polşa Ukraynaya az sayda "Leopard 2” tankı vermək niyyətindədir. Söhbət yüzlərlə tankdan getmir.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın Beynəlxalq Siyasət Bürosunun rəhbəri Yakub Kumoh məlumat verib.

"Söhbət simvolik dəstəkdən gedir, bir neçə tankdan, onlarla tankdan gedir. Tamamilə hamısı yox. Polşanın bir neçə yüz tank verəcəyini söyləmək absurddur", - o deyib.

Kumoh əlavə edib ki, tanklar ölkələrin koalisiyası tərəfindən veriləcək.

Xatırladaq ki, yanvarın 6-da "The Wall Street Journal” qəzeti Polşanın Ukraynanın "Leopard 2” tanklarının təhvil verilməsi ilə bağlı müraciətini nəzərdən keçirditiyini yazıb.

Nizami Bağırov