İdman 17:37 07.05.2023

Premyer Liqa: "Neftçi" Tovuzda biabırçı hesabla uduzdu

Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Neftçi" "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionundakı qarşılaşmada meydan sahibləri 4:0 hesablı qələbə qazanıb. "Neftçi"nin qapısına 17, 44 və 61-ci dəqiqələrdə Runi Eva, 21-ci dəqiqədə Roderik Miller yol tapıb.

33 tursan sonra "Neftçi" 61 xalla 3-cü, "Turan Tovuz" 35 xalla 6-cı pillədə qərarlaşıb.