İdman 20:11 08.06.2023

Premyer Liqada yeni mövsümün başlama tarixi açıqlandı

Misli Premyer Liqasında 2023/2024-cü illər mövsümünün start tarixi müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Yeni futbol mövsümü 4 avqustda başlanacaq. Misli Premyer Liqasından 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Yarışların püşkatması və digər detalları ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında əlavə məlumatlar yerləşdiriləcək.
 
Səbuhi Həsənov