İdman 12:23 03.06.2023

PSJ daha bir ulduzu ilə yolları ayırır

PSJ Lionel Messidən sonra daha bir ulduzu ilə yolları ayırır.

Qaynarinfo-nun məlumatına görə, klubla bu yay müqaviləsi başa çatacaq Serxio Ramos da Parisi tərk edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ramos gedişi ilə bağlı açıqlamasında, "Parisdə unudulmaz bir macəra yaşadım. Dəstəyinizə və sevginizə görə hamınıza təşəkkür etmək istərdim. Allez Paris!" - sözlərini söyləyib. 

Klubun prezidenti Nasser-Al-Xelaifi Ramosla bağlı "Bizimlə keçirdiyi iki il üçün Serxio Ramosa sonsuz təşəkkürümüzü bildirmək istərdik. Serxionun liderliyi, komanda ruhu və peşəkarlığı, ən yüksək səviyyədə təcrübəsi ilə birləşərək onu əsl futbola çevirdi. Ramos əfsanədir və onun Parisdə olması şərəf idi. Klubda hər kəs ona ən yaxşısını arzulayır" - deyib.

Ramos 2021-ci ildə "Real"dan PSJ-yə transfer olunmuşdu.
 
Bir müddət əvvəl komandanın baş məşqçisi Kristof Qaltye Lionel Messinin yayda PSJ-ni tərk edəcəyini bildirmişdi. 

Səbuhi Həsənov