İdman 12:03 03.05.2023

PSJ Lionel Messini cəzalandırdı

PSJ Lionel Messini cəzalandırıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb argentinalı superulduzun Səudiyyə Ərəbistanına icazəsiz getməsi olub. 

Fransa çempionatının 33-cü turunda PSJ "Loryen"ə 1:3 hesabı ilə məğlub olub. Məğlubiyyətin ertəsi günü Messi PSJ-nin məşqlərinə qoşulmayıb və ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına yollanıb. Sözügedən ölkənin səfiri kimi fəaliyyət göstərən Messinin bu addımından sonra Paris klubu onu cəzalandırmaq qərarına gəlib.

"L'equipe"in xəbərinə görə, PSJ Messini iki həftəlik sıradan çıxarıb. Bu da o anlama gəlir ki, futbolçu həmin müddətdə məşqlərdə və matçlarda iştirak etməyəcək. Həmçinin futbolçunun 2 həftəlik maaşı verilməyəcək.

Hazırda 75 xalla turnir cədvəlinin zirvəsində yer alan Paris klubu sona 5 tur qalmış ən yaxın izləyicisi "Marsel"i 5 xal qabaqlayır.
 
Səbuhi Həsənov