Dünya 17:33 15.07.2022

Putin baş nazirin müavini və Roskosmos rəhbərini vəzifədən uzaqlaşdırdı

Rusiya prezidenti Vladimir Putin Yuri Borisovu Rusiya Federasiyası baş nazirinin müavini vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə bu vəzifəyə Denis Manturov təyin edilib.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Eyni zamanda, Manturov Sənaye və Ticarət Nazirliyinin rəhbəri vəzifəsində qalacaq.

Baş nazirin müavinlərinin sayının 10-dan 11-ə yüksəldilməsi nəzərdə tutulsa da, prezidentin fərmanı ilə sayın yenidən 10-a çatdığı bildirilir.

Bundan əlavə, Putin Dmitri Roqozinin "Roskosmos”un baş direktoru vəzifəsindən azad edilməsi barədə göstəriş verib. İndi dövlət korporasiyasına Borisov rəhbərlik edəcək.

Roqozinin sonrakı iş yeri hələ dəqiqləşdirilməyib.
 
Alpər