Siyasət 22:37 29.05.2023

Putin Ərdoğanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidə qələbə qazanması münasibətilə təbrik edib.

Qaynarinfo bu barədə istinadən xəbər verir.

Putin prezident seçkilərinin nəticələrinin Türkiyə xalqı üçün xeyirli olmasını arzulayıb.

Hər iki lider yeni dövrdə Türkiyə-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.