Dünya 17:27 28.05.2023

Putin gələn həftə Təhlükəsizlik Şurasını çağıracaq, beynəlxalq danışıqlar aparacaq - İDDİA

Rusiya prezidenti Vladimir Putinin gələn həftə beynəlxalq danışıqlar aparacağı gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Moskva. Kreml. Putin" televiziya şousu məlumat yayıb.

Televiziya proqramında dövlət başçısının konkret kiminlə danışa biləcəyi açıqlanmayıb.

Həmçinin, Rusiya liderinini rəhbərliyi ilə hökumətin iclası keçiriləcək və ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə məsləhətləşmələr aparlacaq.

Kremlin mətbuat xidməti hələ ki, Putinin gələn həftə üçün planını rəsmən açıqlamayıb.

Aydın