Dünya 16:10 20.08.2022

Putin və Si Szinpin "tezliklə" Səmərqənddə görüşəcəklər - RW

Çin prezidenti Si Szinpin sentyabrın ortalarında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək regional toplantıda Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

Qaynainfo bu barədə "Republic world" saytına istinadən xəbər verir.

Məlumata görə, Çin prezidentinin sentyabrın 15-də Şanxay Əməkdaşlıq Təşkilatının iclası üçün Səmərqəndə səfərinə hazırlıq görülür.

Qeyd edilir ki, Çin prezidentinin ofisi onun görüşdə şəxsən iştirak edə biləcəyini və Putindən əlavə Pakistan, Hindistan və Türkiyə də daxil olmaqla, görüşdə iştirak edən digər liderlərlə ikitərəfli görüşlər keçirə biləcəyini bildirib.

M.Arif