Dünya 14:46 20.12.2022

Putinin Minsk səfəri: Rusiya Belarusu da savaşa sürükləyir?

"Yaxın aylarda Rusiyanın Ukraynaya qarşı hansısa yeni hücum əməliyyatları planlaşdırılır”. 

Bunu Qaynarinfo-ya açqılamasında politoloq Natiq Miri Rusiya Prezidenti Vladimir Putinin son 3 ildə ilk dəfə Belarusa səfər etməsinə münasibət bildirərkəb deyib.

"Moskvanın hazırda Belarusla Rusiyanın birliyini nümayiş etdirməyə ehtiyacı var. Çünki Rusiyanın bütün siyasəti görüntü xarakterlidir. Yəni, mahiyyəti olmayan, yalnız forması olan bir siyasətdən ibarətdir. Ancaq Putinin Minskə səfəri tək görüntü xatirinə olan səfər deyil. Rusiya liderini səfərdə müdafiə naziri Sergey Şoyqu da müşayiət edib. Deməli, yaxın bir-iki ayda Rusiyanın Ukraynaya qarşı hansısa yeni hərbi əməliyyatı planlaşdırılır. Rusiya ola bilsin ki, Belarus ərazisindən istifadə etməklə Kiyevi işğal etməyi düşünür”. 



Həmsöhbətimizə görə, Kreml bu avantüraya Minski də qatmaq niyyətindədir:

"Görünən odur ki, Moskva bu prosesə Belarusu da qatmaq istəyir. Ancaq hiyləgər Aleksandr Lukaşenko ən azı son ana qədər bu avantüraya qoşulmayacaq və prosesin nə ilə sonuclanacağını gözləyəcək. Dağılan Rusiyanın ayaqları altında qalmamaq üçün Belarus prezidentinin yəqin ki, B planı da var. Hər halda, Putinin Minskə səfəri müharibənin yeni mərhələsinə hazırlıq görüntüsü yaratmaq xarakteri daşıyıb”.
 
Rüfət Sultan