Şimali Koreya hökuməti bu gün rəsmi olaraq bildirib ki, bu ölkədə korono epidemiyası Cənubi Koreyadan ölkə ərazisinə göndərilən hava şarları ilə təmasda olan insanların yoluxması ilə başlayıb.
Qaynarınfo bu barədə "washingtonpost"a istinadən xəbər verir.
Ötən illərdə Şimali Koreya Cənubi Koreya tərəfdən Şimali Koreya ərazisinə göndərilən şarlar vasitəsilə ölkənin hakim orqanına qarşı təbliğat vərəqələrinin yayılmasına görə dəfələrlə öz qəzəbini bildirib.
Lakin Cənubi Koreya rəsmiləri Şimali Koreyaya göndərilən hava şarlarında koronovirusa yoluxma ehtimalını təkzib ediblər.
M.Arif
Şərhlər