İdman 19:55 11.08.2022

Qadın güləşçimiz İslamiadanın qalibi oldu

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qaynarinfo xəbər verir ki, Leyla Qurbanova (53kq) finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

İslam Bazarqanov (61 kq) isə özbəkistanlı Cahangirmirzə Turabovla final görüşündə xalların keyfiyyətinə görə (6:6) məğlub olaraq İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.