İdman 22:51 11.01.2023

Qalmaqallı prezident vəzifəsindən uzaqlaşdırıldı

Fransa Futbol Federasiyasının İdarə Heyəti (FFF) Nöl Le Qratı vəzifəsindən uzaqlaşdırıb.

Qaynarinfo xəbər verir ki, buna səbəbə prezidentin adının təcavüz iddialarında hallanması olub. Bununla yanaşı FFF onun əfsanəvi futbolçu Zinəddin Zidanla bağlı açıqlamalarına reaksiya verib.

"France Info"da yer alan xəbərə görə, Fransa İdman Nazirliyinin araşdırması tamamlanana qədər Le Qrat vəzifəsinə davam edə bilməyəcək. FFF-in rəhbəri vəzifəsinə müvəqqəti olaraq onun müavini Filip Diallo təyin edilib. 2011-ci ildə Fransa Futbol Federasiyasına rəhbər təyin olunan Le Qratın səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

Fransa mətbuatında yer alan xəbərlərə görə, bir çox qadın Le Qratı onlara cinsi təcavüzdə ittiham edib. İddialardan sonra İdman Nazirliyi prezidentə qarşı araşdırma başladıb.

FFF prezidentinin ölkənin "RMC Sport" kanalına açıqlamasında Zidan haqqında "O, mənimlə əlaqə saxlamağa çalışmadı. Olsa belə, telefonunu götürməzdim. Onunla heç vaxt görüşməmişik" - söyləməsi kəskin etirazlara səbəb olmuşdu. 

Səbuhi Həsənov