İdman 21:10 30.01.2023

"Qarabağ"dan ayrılan hücumçu Macarıstan klubu ilə müqavilə bağladı

"Qarabağ” qış fasiləsində daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan verilən məlumata görə, "köhlən atlar” qanalı hücumçu Kvabena Ovusu ilə yollarını ayırıb.

Əldə olunmuş razılığa əsasən, 27 yaşlı forvard Macarıstanın "Ferentsvaroş” klubuna transfer olub.

Daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borges Azərbaycan çempionunu Rusiya "Krasnodar”ına dəyişib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından "Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti cari mövsümün sonuna qədər idi.