Ölkə 20:42 24.12.2022

"Qarabağ" qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib. Lider "Qarabağ" klubu "ASCO Arena"da "Səbail"in qonağı olub.

Qaynarinfo xəbər verir ki, qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini möhkəmləndirib. 10 xalı olan "Səbail" isə qış fasiləsinə sonuncu - 10-cu sırada yollanıb.