İdman 14:16 26.05.2023

"Qarabağ" rəhbərliyi Mətbuat Şurasında qonaq oldu

"Qarabağ” FK-nın direktoru Emrah Çelikel və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam komandasının direktoru MŞ sədri Rəşad Məcidə dəvətə görə təşəkkürünü bildirib:
 
"Dəvətə görə təşəkkür edirik. "Qarabağ" FK mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.
 
MŞ sədri Rəşad Məcid klub rəsmilərinə minnətdarlıq edib və "Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb.
 


Səbuhi Həsənov