İdman 23:10 29.06.2022

"Qarabağ" son yoxlama oyununda da üstünlüyünü əldən verdi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu son yoxlama oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci matçında Rumıniyanın "Universitatya Krayova" komandası ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 16-cı dəqiqədə cərimə zərbəsindən Filip Ozobiç açıb. 36-cı dəqiqədə isə Ağdam təmsilçisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin kobud səhvindən sonra Andrey İvan bərabərlik qolunu vurub.

Qeyd edək ki, "Qarabağ" günün ilk matçında Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də üstünlüyünü əldən verib - 2:2.