İdman 12:36 16.08.2022

"Qarabağ" - "Viktoriya" matçında çexiyalı azarkeşlərə bilet satılmayacaq

"Qarabağ" - "Viktoriya" matçında qonaq azarkeşlərə bilet satılmayacaq.
 
Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaq.
 
Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri azərbaycanlı azarkeşlər üçün satışa çıxarılacaq. Azarkeşlər həmin biletləri "iticket.az"dan və kassalardan ala bilər.
 
Səbuhi Həsənov