İdman 22:37 17.08.2022

“Qarabağ” - "Viktoriya" oyununda "sülh"

Azərbaycan çempionu "Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının pley-offunda ilk matça çıxıb.

Beş ildən sonra qitənin ən nüfuzlu klub turnirində bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri "Viktoriya”nı qəbul edib. Çexiya təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Qarşılaşma gözlənildiyi kimi "Qarabağ”ın üstünlüyü ilə keçib. Lakin kifayət qədər qol imkanı yaradan ağdamlılar rəqib qapısına yol tapa bilməyib. Görüş qolsuz sülhlə başa çatıb – 0:0.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun

17 avqust
Qarabağ (Azərbaycan) - Viktoriya(Çexiya) 0:0
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77 Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Viktoriya: 36. Yindrjix Stanek, 2. Lukaş Heyda, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel.
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu N Diay
Baş məşqçi: Mixal Bilek.
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.