Foto 12:01 03.10.2022

Qarabağdan bəhs edən serialda onlar çəkiləcək (FOTOLAR)

İkinci Qarabağ müharibəsinə həsr olunan 8 bölümlük serial çəkilir.

OLAY-ın əldə etdiyi məlumata görə, ekran işi üçün bir neçə aydır hazırlıqlar başlayıb. Hətta layihədə rol alacaq sənətçilərə təlimlər keçirilib.

Serialda rolları Əməkdar artist Bəhruz Vaqifoğlu, Zabit Səmədzadə, Ziya Ağa, Tural Əhməd, Türkay Cəfərli, Corc Qafarov, Rüstəm Cəbrayılov, İsmayıl Kərimov, Vüqar Muradov canlandıracaq.

Bundan başqa layihədə Əməkdar artist Gülzar Qurbanova, aktrisalar Kəmalə Piriyeva, Günəş Mehdizadə, Natavan Hacıyeva, Aydan Həsənzadə, Aygün Fətullayeva və Turanə Hüseynli də rol alacaq.

Qeyd edək ki, layihəni Türkiyədən gələn peşəkar texniki heyət ərsəyə gətirir. Serialda rol alacaq simaların fotolarını təqdim edirik: