Dünya 19:08 11.03.2023

“Qazprom” Ukrayna ərazisindən qaz tranzitini məhdudlaşdırdı

"Qazprom” martın 11-də "Suca” qazölçmə stansiyası vasitəsilə Ukrayna ərazisindən Avropaya qaz tranzitinin həcmini 39,6 milyon kubmetrə qədər azaldıb. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, nu barədə şirkətin dərc etdiyi məlumatda deyilir. Martın 10-da şirkət stansiyadan 42,4 milyon kubmetr qaz vurub.

Bu ilin əvvəlində "Qazprom” Ukrayna ərazisindən tranzit həcmini azaldıb, lakin fevral ayından onları artırmağa başlayıb. Fevralın 1-də tranzit dərhal 20% - 24,5 milyon kubmetrdən 29,4 milyon kubmetrə qədər artıb.

Ukrayna ərazisindən keçən tranzit xətti Rusiya qazının Mərkəzi və Qərbi Avropa dövlətlərinə nəqli üçün yeganə marşrut olaraq qalır. Eyni zamanda, Ukrayna tərəfi 2022-ci ilin mayında "Soxranivka” stansiyası vasitəsilə çatdırılmaların qəbulunu dayandırıb. Daha sonra Kiyev bəyan edib ki, stansiya hazırda Rusiya qüvvələrinin nəzarətindədir və Ukrayna tərəfi onun fəaliyyətini təmin edə bilməz.

Alpər