İdman 14:06 07.06.2023

"Qəbələ" legioneri ilə vidalaşdı

"Qəbələ” futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin yayından "qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb. 

Braziliyalı legioner ötən mövsümdə bölgə təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqada meydana çıxdığı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb.
 
Cənubi amerikalı futbolçu "qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb.
 
Səbuhi Həsənov