İdman 11:22 07.12.2022

"Qəbələ"nin qış hazırlıq planı açıqlandı

"Qəbələ”nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qırmızı-qaralar” 2022/23 mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq. Komanda 2023-cü il yanvarın 4-dən 17-dək keçiriləcək toplanışda "Limak Limra” otelində məskunlaşacaq.

Elmar Baxşıyevin yetirmələri qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. "Qəbələ” yanvarın 12-də Rumıniyanın "Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib Çexiya təmsilçisi "Teplitse” olacaq.
 
Səbuhi Həsənov