Foto 22:22 04.05.2023

Qəbələdə 12 milyon manatlıq villa kimindir? (FOTO)

Qəbələdə dəbdəbəli villa fantastik qiymətə satışa çıxarılıb. 

Qaynarinfo Yenisabah-a istinadən xəbər verir ki, Qəbələ şəhəri "Chenot palace health wellness” sağlamlıq mərkəzinin yanında yerləşən villa alıcıya nə az, nə çox, düz 12 milyon manata təklif olunur.

500 sot torpağın içində tikilən, 1800 kv/m sahəsi olan dəbdəbəli mülk 2 mərtəbədən və 11 otaqdan ibarətdir. 

İqamətgah eksklüziv mebellər, çilçıraqlar və rəsm əsərləri ilə tam təchiz olunub. Həyətində dekorativ ağaclar və meyvə ağacları var. 

Evin qapalı və açıq hovuzu, saunası, kinoteatrı və idman zalı da var. Satıcı 12 milyonluq villanı alacaq olan şəxsin məxfiliyini tam qoruyacağını da qeyd edib. 

Mülkün sahibinin kimliyi gizli saxlanılır. Onun Rusiyada yaşayan azərbaycanlı iş adamlarından biri olduğu güman edilir.