Ölkə 09:09 10.02.2023

Qəbələdə qar yağdı, yollar buz bağladı

Axşam saatlarında yağan qar və şaxtanın olması Qəbələdə yolların buz bağlamasına səbəb olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, Qəbələnin mərkəzi küçələri, eləcə də kəndlərinə gedən yollarda maşınların hərəkətində problemlər yaranıb.

Bununla yanaşı Qəbələ-İsmayıllı avtomobil yolunun rayonun Nohurqışlaq kənd ərazisindən keçən hissəsində yolların buzlu olması səbəbindən avtomobillərin hərəkətində ləngimələr yaranıb.