Ölkə 16:18 31.05.2023

Qənirə Paşayeva: "Şəhid həkimin ailəsi ev imtiyazından yararlana bilmir"

"Şəhid həkimin ailə üzvünə ev verilmir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib:

"Bu yaxınlarda kəlbəcərli şəhid həkimin ailə üzvü mənə müraciət etmişdi ki, ev təminatı ilə bağlı imtiyazlarından yararlana bilmirlər. Bildiriblər ki, onlara Kəlbəcərdə tikiləcək evlərdən verəcəklər. Bir kəlbəcərli kimi ata yurdundan onlara ev düşür, amma onların qeydiyyatı hazırda Bakıdadır və evlənəcək oğlu var. Ev olmadığından evlənə bilmir. Bu kimi məsələləri həll etmək lazımdır”.