Foto 22:11 15.01.2022

Qəzaya düşənlərə kömək etmək istəyərkən öldü (FOTOLAR)

Tərtərdə qəzaya uğrayan avtomobilə kömək etmək istəyən şəxsi cərəyan vuraraq öldürüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib.

Avtomobil idarəetməni itirərək, elektrik dirəyinə çırpılıb. Bu zaman avtomobilin sürücüsünə və sərnişinlərə kömək etmək edən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.

O, hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır.