Dünya 17:05 07.02.2023

Qırmızı Xaç Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırdı - Zəlzələyə görə

Qırmızı Xaç Cəmiyyətinin Suriya bölməsi zəlzələnin nəticələrini aradan qaldırması üçün Dəməşqə qarşı tətbiq edilən sanksiyaların götürülməsini zəruri hesab edir.

Qaynarinfo xəbər verir ki, bunu təşkilatın rəhbəri Xalid Xbubati bildirib.

O izah edib ki, Suriyaya xüsusi maşın və avadanlıqlar tədarük edilməlidir. Beynəlxalq Qırmızı Xaç Federasiyası ölkədə ölənlərin sayını 1,5 min, yerli hakimiyyət orqanları isə 800-dən çox olduğunu bildirib.

Xbubati mətbuat konfransında bildirib ki, Suriyadan sanksiyalar ən qısa zamanda götürülməlidir. "Biz dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırması üçün Suriyaya qarşı tətbiq edilən blokadanın və iqtisadi sanksiyaların götürülməsinə çağırırıq... Axtarış-xilasetmə əməliyyatlarını sürətləndirmək üçün bizə ağır texnika, təcili yardım maşınları və yanğınsöndürmə briqadaları lazımdır”, - deyə o, izah edib. 

Nizami Bağırov