Video 10:00 28.01.2022

Qubada tikilən obyekt generala məxsus olmayıb

7 yanvar 2022-ci il tarixində Qaynarinfo.az saytında yayımlanan "General Qubada otel tikdirir - İcazəni Qusar İcra Hakimiyyətindən alıb" adlı informasiyada adıçəkilən Nazim Ənvər oğlu Əlixanov redaksiyamızla əlaqə saxlayıb.

N.Əlixanov informasiyada yer alan bəzi məqamlarla bağlı etirazını bildirib, onun Quba rayonu, Timiryazev kəndində tikilən 3 mərtəbəli qeyri-yaşayış obyektinin özünə aid olduğunu və bunun da sənədlərdə öz əksini tapdığını bildirib. Bu obyektin onun qardaşı Hüseynağa Əlixanova heç bir aidiyyatı olmadığını deyib:

"Bu obyekt əvvəldən mənə məxsus olan şəxsi mülkiyyətimdə tikilib, burda evim olub, adıçəkilən obyekt də sökülən həmin evin yerində tikilir. Digər tərəfdən, saytda yer alan informasiyada orada otel tikildiyi qeyd olunsa da, bu da həqiqətəuyğun deyil. Sənəddə də göründüyü kimi, ticarət yönümlü qeyri-yaşayış obyekti kimi nəzərdə tutulub".