Ölkə 09:53 24.01.2023

Qusardakı yanğında həlak olan oğlan 670 balla ADA-ya qəbul olubmuş

Qusarda "Park Qusar" istirahət mərkəzində baş verən yanğında həlak olanlardan biri ADA Universitetinin tələbəsiymiş. Bu barədə universitet öz səhifəsində məlumat paylaşıb.

Xəbərdə bildirilir ki, Qusar rayonunda baş verən yanğın nəticəsində Rauf və bütün ailəsi həlak olub. İT və Mühəndislik Məktəbinin parlaq tələbələrindən olan Rauf ali məktəblərə qəbul imtahanından 670 bal toplayıb.

Qeyd edək ki, baş verən yanğın zamanı dörd nəfər ölüb, altı nəfər xəsarət alıb. Yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə baş verən yanğın zamanı 4 nəfər şəxs - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov ölüb. /Sputnik.az