Sənət 18:00 01.06.2022

Rasim Balayevin sədr seçilməsi İttifaqın fəaliyyətinə ikinci nəfəs verəcək - Rejissor

"Rasim Balayevin sədr seçilməsi İttifaqın fəaliyyətinə ikinci nəfəs verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar ittifaqının katibi Əli İsa Cabbarov deyib. O, hesab edir ki, Rasim Balayevin nüfuzu Kinematoqrafçılar İttifaqı ətrafında daha çox kinematoqrafçını toplamağa səbəb olacaq:

"Rasim Balayevin nüfuzu dövlət orqanları ilə münasibətlərimizdə də inkişaf yaradacaq. Kinematoqrafçılarımızın öz sözlərini dövlətə çatdırmağa Rasim müəllim kimi nüfuzlu şəxs lazım idi".

Bahar Rüstəmli