İdman 10:02 16.12.2022

"Real" 16 yaşlı futbolçunu 72 milyon avroya transfer etdi

İspaniyanın "Real" klubu braziliyalı superistedad Endrikin transferini tamamlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Palmeyras" rəsmi saytı vasitəsilə məlumat yayıb. 

Tərəflər 16 yaşlı hücumçunun keçidini 72 milyon avroya razılaşdırıblar. Lakin Endrik 2024-cü ilin yayında, 18 yaşı tamam olanda Avropanın ən titullu klubuna qoşulacaq.

O, "Real"la 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Anlaşma onun müqaviləsinin müddətini sonradan daha üç il müddətinə uzadılmasının mümkünlüyünü nəzərdə tutur.

Endrik Braziliya A Seriyasının son mövsümünün yeddi matçda üç qol vurub və bir məhsuldar ötürmə edib.