İdman 22:18 15.05.2022

Region Liqasında ikinci finalçı da bəlli oldu

AFFA Region Liqasının digər finalçısı müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, həlledici oyuna son vəsiqə uğrunda "Xan Lənkəran” və "Araz Naxçıvan” komandaları qarşılaşıblar.

Lənkəran təmsilçisini 2:1 hesabı ilə məğlub edən Naxçıvan klubu finalda "Cəbrayıl"a rəqib olub.

Qeyd edək ki, Region Liqasının finalı mayın 20-də Şamaxı şəhər stadionunda keçiriləcək. Görüş saat 16:00-da başlayacaq.