Dünya 12:20 26.01.2023

Respublikaçılardan Ağ Evə çağırış: Rusiyanın nüvə müqaviləsinə əməl etməsi yoxlanılsın

ABŞ Konqresinin Respublikaçılardan olan üç komitəsinin rəhbərləri Rusiyanın yeni Strateji Silahların Azaldılması Müqaviləsinin şərtlərinə əməl edib-etmədiyini yoxlamaq xahişi ilə ABŞ prezident administrasiyasına müraciət ediblər.

Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr, Xarici Əlaqələr və Kəşfiyyat komitələrinin sədrləri, "Financial Times”ın əldə etdiyi və eyni vaxtda Dövlət tatibi Entoni Blinkenə, müdafiə naziri Lloyd Ostinə və Milli kəşfiyyat direktoru Avril Heynsə göndərilən məktubla yanvarın 31-dən əvvəl qərarın verilməsini tələb ediblər.

"Rusiya "New Start" inspeksiyasından istifadə edərək ABŞ və digər ölkələri qorxutmaq və Ukraynaya yardım etməkdən yayındırmağa çalışır. Biz ABŞ və NATO-nun qəsbkar olmasına imkan verə bilmərik... və ilk addım bu pozuntuları ifşa etməkdir", - senator Mayk Rocers bildirib.

Konqresin narahatlığı Rusiyanın keçən il inspeksiyanın dayandırmaq qərarından və sonradan onun reallaşmasını dəstəkləmək üçün müqavilənin tələb etdiyi məsləhətləşmələrdə iştirakdan imtina etməsindən qaynaqlanır. Bu, həm də Rusiya prezidentinin Ukraynada taktiki nüvə silahından istifadə edə biləcəyi ilə bağlı qorxular, eləcə də Çinin sürətlə artan nüvə arsenalından narahatlığı fonunda baş verir.

"Bu, həm Rusiya, həm də Çinin öz arsenallarını genişləndirdiyi və modernləşdirdiyi, İranın nüvə proqramını genişləndirməkdə davam etdiyi, Şimali Koreyanın "nüvə qılıncı” ilə oynadığı təhlükəli vaxta təsadüf edir”, - senatorlar məktubda yazıblar.

Birləşmiş Ştatlar və Rusiya 2021-ci ildə müqavilənin müddətini beş il müddətinə uzadmaqla hər iki ölkəni 1550 strateji nüvə silahı ilə məhdudlaşdırmaq barədə razılığa gəliblər. Rusiyanın hərəkətləri Vaşinqton və Moskvanın 2026-cı ildə növbəti razılaşmaya nail olmaqda çətinlik çəkə biləcəyi, dünyanı nüvə silahlarına nəzarət sazişləri olmadan qoya biləcəyi qorxularını artırıb.

"ABŞ hökumətinin bütün strukturları Rusiyanın nüvə silahlarının məhdudlaşdırılmasının yoxlanılmasını dəstəkləmək üçün birlikdə işləməlidir”, - Co Bayden administrasiyasının nüvə siyasəti üzrə keçmiş rəsmisi Leonor Tomero deyib.

Nizami Bağırov