Dünya 22:58 30.05.2023

Riqada Puşkinin abidəsi şəhərin mərkəzindən götürüldü

Riqada rus şairi Aleksandr Puşkinin abidəsi şəhərin mərkəzindəki Kronvalda parkından götürülüb.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, yerli KİV-in məlumatına görə, abidə sonradan Latviya Rəssamlar İttifaqının muzeyinə təhvil verilmək üçün anbara köçürülüb.
 
Heykəlin saxlanması və gələcək ekspozisiyası ilə bağlı muzeylə razılıq əldə olunub.

Riqa Tarix Mərkəzinin Qorunması və İnkişafı Şurası və Mədəniyyət Abidələrinin Mühafizəsi üzrə Dövlət Müfəttişliyi hələ 2009-cu ildə abidənin Kronvalda parkında yerləşdirilməsi ilə bağlı razılığa gəlməkdən imtina etmiş və onun başqa yerə köçürülməsini tövsiyə etmişdi. Martın 3-də Riqa Şəhər Şurasının Abidələr Şurası heykəlin köçürülməsinin lehinə çıxış edib. Aprel ayında Riqa Şəhər Şurasının koalisiyası abidənin köçürülməsi ideyasını dəstəkləyib.

Alpər