İdman 19:00 19.04.2023

Ronaldo birlikdə oynadığı ən yaxşı futbolçuların adını dedi

Karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəssr”da davam etdirən Kriştiano Ronaldo birlikdə oynadığı ən yaxşı 11 futbolçunun adını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, "Talksport"a danışan portuqaliyalı ulduz siyahıya "Real", "Yuventus" və "Mançester Yunayted"dəki komanda yoldaşlarını əlavə edib.

Superulduzun siyahısında vaxtilə "Real"da oynadığı komanda yoldaşları üstünlük təşkil edib. Madrid klubundan 7 nəfərin adını çəkən Ronaldo "Mançester Yunayted"dən 3 futbolçunu fərqləndirib. Ancaq onlar hələ Ronaldo "Real"a keçməzdən əvvəl birlikdə oynadığı Mançester təmsilçisinin üzvləri olub. Yəni, hücumçu sonuncu dəfə qalmaqalla ayrıldığı ingilis klubunun hazırkı futbolçularından heç birinin adını çəkməyib. Portuqaliyalı ulduz qısa müddət ərzində oynadığı "Yuventus"dan isə yalnız Kyellinini fərqləndirib.

Ronaldonun sevimli "11-liy"i aşağıdakı kimidir.

İker Kasilyas ("Real")
Giorgio Kyellini ("Yuventus")
Rio Ferdinand ("Mançester Yunayted")
Serxio Ramos ("Real")
Marselo ("Real")
Luka Modriç ("Real")
Toni Kroos ("Real")
Pol Skoulz ("Mançester Yunayted")
Qaret Beyl ("Real")
Ueyn Runi ("Mançester Yunayted")
Kərim Benzema ("Real")

Səbuhi Həsənov