İdman 20:45 30.05.2023

Ronaldo bu kluba keçir: UÇL-də oynayacaq – Şok iddia!

Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubundan ayrılacağı iddia edilən Kristiano Ronaldonun Avropaya qayıdacağı gözlənilir.

Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, 38 yaşlı portuqaliyalı hücumçunun UEFA Çempionlar Liqasına vəsiqə qazanan "Nyukasl Yunayted”ə transferi gündəmdədir. İddia edilir ki, "Nyukasl Yunayted”in sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ronaldonu kluba gətirmək istəyir.

Məlumata görə, "Əl-Nəsr”də xoşbəxt olmasına baxmayaraq, Ronaldo "Nyukasl Yunayted”ə transfer olmağa etiraz etməyib.