İdman 16:05 08.06.2023

Ronaldo karyerasını bitirmək fikrində deyil - Özü açıqladı

"Al-Nassr"ın ulduzu Kriştiano Ronaldo hələ yaşıl meydanlarla vidalaşmağa hazır omadığını bildirib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirən portuqaliyalı ulduz gələcəyi ilə bağlı açıqlamalar verib. 38 yaşlı hücumçu hələlik yaşıl meydanlarla vidalaşmaq fikrində olmadığını vurğulayıb. Ronaldo gələcəkdə futbol klubu almağı planlaşdırdığını da bildirib.

Jurnalistlərə açıqlamasında Ronaldo, "Karyeramı bitirməyi düşünmürəm. Ən azı 2-3 il daha futbol oynamaq, gələcəkdə öz komandama sahib olmaq istəyirəm" deyib.

Portuqaliyalı sabiq komanda yoldaşı Kərim Benzemanın "Al-İttihad"a transferini bu sözlərlə dəyərləndirib:

"Benzemanın Səudiyyə Ərəbistanına gələcəyini bilirdim. Buraya ulduz futbolçuların gələcəyini demişdim. Səudiyyə Ərəbistanı liqası dünyada ilk "beşilk"də yer alacaq".

Ulduz futbolçu bu mövsüm "Al-Nassr"ın formasında ümumilikdə cəmi 19 matçda iştirak edib. O, bu müddət ərzində 14 qola və iki məhsuldar ötürməyə imza atıb. Təcrübəli futbolçu Səudiyyə Ərəbistanı çempioantında 14 qol vurub.

Səbuhi Həsənov