Dünya 21:55 24.06.2022

“Rou Ueydə qarşı” qərar ləğv edilir: ABŞ-da abort qadağan olunur

ABŞ Ali Məhkəməsi abortu konstitusion hüquq kimi tanıyan 1973-cü il tarixli "Rou Ueydə qarşı” qərarını ləğv edib.

Qaynarinfo xəbər verir ki, beş mühafizəkar hakim qərarın ləğvinin lehinə səs verib, onlardan üçü Donald Trampın dövründə təyin edilib.

İndi ABŞ-ın ən azı 22 ştatında abortu tamamilə və ya əksər hallarda qadağan ediləcəyi gözlənilir. 

Ali Məhkəmənin qərarının elanından bir neçə dəqiqə sonra Missuri Baş Prokuroru aborta qadağa qoyan qanunu imzalayıb.

Xatırladaq ki, "Rou Ueydə qarşı” işi üzrə (Roe vs Wade) ABŞ Ali Məhkəməsinin abortun qanuniliyi ilə bağlı verdiyi mühüm qərardır. Bu, Birləşmiş Ştatların tarixində ən siyasi əhəmiyyətli qərarlardan biridir. Məhkəmə qərara alıb ki, qadın, döl həyat qabiliyyətli olana qədər öz istəyi ilə hamiləliyi dayandırmaq hüququna malikdir. Bu qərarın kontekstində həyat qabiliyyəti (muxtariyyət) - "ananın bədənindən kənarda, o cümlədən tibbi dəstəklə mövcud olmaq qabiliyyəti” deməkdir. Muxtariyyətə nail olmaq üçün təxmini vaxt 7 aydır (28 həftə): lakin həddi 24 həftəyə endirmək olar. Hamiləliyin sonrakı mərhələlərində abort yalnız dölün saxlanması ana üçün təhlükə yaratdıqda həyata keçirilə bilər. 

1970-ci ildə iddiaçı Norma Makkorvinin vəkilləri Linda Koffi və Sara Veddinqton Texas ştatının federal dairə məhkəməsində iddia qaldırıblar. İddia ərizəsində iddiaçı kimi "Ceyn Rou” təxəllüsündən istifadə edilib. Cavabdeh şəxs ştatın Dallas dairəsinin prokuroru Henri Ueyd olub. Texas ştatının federal dairə məhkəməsi iddiaçının xeyrinə qərar qəbul edib. Sonrakı şikayətlər əsasında iş ABŞ Ali Məhkəməsi tərəfindən baxılıb. İlk dinləmər 13 dekabr 1971-ci ildə başlayıb, yekun qərar 22 yanvar 1973-cü ildə qəbul edilib. 

Nizami Bağırov