Dünya 16:05 06.10.2022

RT: Vladimir Kara-Murzaya qarşı dövlətə xəyanət işi başlandı

Müxalifət lideri Vladimir Kara-Murza (Rusiyada xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə daxil edilib) barəsində dövlətə xəyanət işi başlanıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə RT  mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müstəntiqlərin fikrincə, Kara-Murza NATO ölkələrinin təşkilatları ilə qarşılıqlı əlaqədə olub, onlara Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş yardımlar göstərib.

Mənbələrin sözlərinə görə, əməkdaşlıq uzunmüddətli olub, jurnalist bunun üçün ayda təxminən 30 min dollar alıb.

Xatırladaq ki, hazırda müxalifətçi istintaq təcridxanasındadır. Basmannı məhkəməsi istintaqın həbs müddətinin uzadılması ilə bağlı vəsatətini təmin edərək, onu oktyabrın 12-dək orada saxlayıb. Kara-Murza aprel ayında RF Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı qəsdən yalan məlumat yaymaqda ittiham edilərək həbs edilib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin "d” bəndi, 2-ci hissəsi). Daha sonra ona qarşı daha bir iş - arzuolunmaz təşkilatın fəaliyyəti ilə bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 1-ci hissəsi, s. 284.1) iş başlanıb.

Xatırladaq ki, Vladimir Vladimiroviç Kara-Murza (d. 7 sentyabr 1981, Moskva) — rusiyalı müxalif siyasətçi, televiziya jurnalisti, rejissor, publisistdir. Boris Nemtsov adına Azadlıq Fondunun idarə heyətinin keçmiş sədri, 2015-2016-cı illərdə Xalq Azadlıq Partiyasının sədr müavini olub. "Həmrəylik” demokratik hərəkatının büro üzvü, Rusiya müxalifətinin əlaqələndirmə şurasının üzvüdür. Azad Rusiya Fondunun vitse-prezidentidir. 2019-cu il sentyabrın 7-dən 26 fevral 2022-ci ilə qədər "Exo Moskvı” radiosunda "Həftənin kənarı” proqramının aparıcısı olub.

Moskvada 1216 saylı fransız xüsusi məktəbində təhsil alıb. O, tarix üzrə bakalavr və magistr dərəcələrini Kembric Universitetinin Trinity Hall Kollecində alıb.
 
Alpər