Dünya 23:26 24.06.2022

Rus deputat ABŞ-ın Kiyevdəki səfirliyini raketlə vurmağı təklif etdi

Rusiya Ukrayna Silahlı Qüvvələrinə HIMARS raket sistemlərinin çatdırılmasına cavab olaraq ABŞ-ın Kiyevdəki səfirliyinin binasına raket zərbəsi endirəcək.

Qaynarinfo "Lenta.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı və milli müdafiə komitəsinin müavini Yuri Şvıtkin deyib.

"Bu (HIMARS sistemlərinin çatdırılması) ABŞ-ın Üçüncü dünya müharibəsinə doğru addım-addım hərəkət etdiyini bir daha vurğulayır. Anlamaq lazımdır ki, biz sərt cavab verməliyik. Fikrimcə, bu gün reaksiya silah tədarük edən ölkələrə də aid olmalıdır”, - Şvıtkin bildirib.

O hesab edir ki, təkcə infrastrukturu məhv etməklə kifayətlənmək olmaz, əsas qərar qəbul edən mərkəz ABŞ səfirliyidir.

"Düşünürəm ki, gec-tez bu, Rusiya silahlı qüvvələrinin, "DXR" və "LXR"-nin xalq milislərinin hədəfinə çevriləcək. Mənim mövqeyim ondan ibarətdir ki, Kiyevdəki hökumət məhəlləsi və müəyyən nöqtələr məhv edilməlidir. Bəli, bu iş Rusiya Müdafiə Nazirliyi tərəfindən davam etdirilir, lakin daha kütləvi zərbələr endirmək lazımdır”, - rusiyalı deputat bildirib.

Şvıtkin ən çox narahatdır ki, HIMARS sistemindən əməliyyat-taktiki raket sistemi kimi istifadə edildikdə, onun uçuş məsafəsi 195 kilometrdən çox olacaq.

Onun fikrincə, Ukrayna hərbi-siyasi rəhbərliyi bu komplekslərlə Rusiya Federasiyası ərazisində zərbələr endirəcək.

Nizami Bağırov