Dünya 15:30 03.05.2022

Rusiya İsraili Ukraynada neo-faşistləri dəstəkləməkdə ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyi İsraili Ukraynadakı neo-faşistləri dəstəkləməkdə ittiham edib. 

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN açıqlamasında deyilib.

Dünən Lavrovun İtaliya qəzetinə verdiyi müsahibədə Hitlerin yəhudi kökləri barədə dedikləri İsrail rəsmiləri tərəfindən sərt reaksiya ilə qarşılanmışdı. İsrail xarici işlər naziri Yair Lapid Lavrovun dediklərini bağışlanmaz tarixi səhv adlandırmışdı. 

Rusiya Xarici İşlər Nazirliyi cavab açıqlamasında İsrail xarici işlər nazirinin dediklərini tarix əleyhinə şərh adlandırıb və bunun İsrailin nəyə görə Kiyevdəki neo-faşist rejimi böyük ölçüdə dəstəklədiyini izah etdiyini deyib. 

Moskva Lavrovun Ukrayna prezidenti "Volodimir Zelenskinin yəhudi olması və Ukraynanın neo-faşistlər tərəfindən idarə edilməsini istisna etmir" fikrini təkrar edib. 

"Ukraynada gündəlik həyatda və siyasətdə antisemitizm dayandırılmayıb, əksinə inkişaf etdirilib”, deyə Rusiya XİN açıqlamasında deyilir. 

Nurlan