İdman 13:20 31.01.2023

Rusiya millisinin qapıçısı "Qarabağ"a niyə keçmədi? - Qurban Qurbanov açıqladı

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rusiyalı qapıçı Andrey Lunyovun transferinin baş tutmamasının səbəbini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, mütəxəssis bunu "bəzi danışıqlar, müəyyən məlumatlar"ın çıxması ilə əlaqələndirib. Qurbanov siyahıda başqa futbolçuların olduğunu və danışıqların getdiyini bildirib.

Qeyd edək ki, Andrey Lunyov hazırda Almaniyanın "Bayer" klubunda çıxış edir. Əvvəllər Rusiyanın "Torpedo", "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit" klublarında oynayan 31 yaşlı qolkiper 2017-ci ildən çağırıldığı nilli komandada 7 oyun keçirib.

Aydın