Dünya 14:59 30.05.2022

Rusiya müqaviləni pozub: Artıq hərbi qüvvələr yerləşdirmək hüququmuz var - NATO

NATO artıq Ukraynanın işğalından sonra Rusiya qarşısında götürdüyü keçmiş öhdəliklərə bağlı deyil. Şərqi Avropada öz qüvvələrini yerləşdirmək hüququ var.
 
Bu barədə Qaynarinfo "The Guardian”a istinadən yazır. 

Alyansın baş katibinin müavini Mirça Coannenin sözlərinə görə, Moskva Ukraynaya hücum etdikdən sonra NATO-Rusiya təsis aktını pozub və hərbi-siyasi blokla dialoqu dayandırıb.

1997-ci ildə bağlanan akta əsasən, hər iki tərəf Avropanın razılaşdırılmış regionlarında adi silahların hər hansı təhlükə yarada bilən cəmləşməsinin qarşısını almağa çalışmalı idi.

"Onlar bununla bağlı qərar verdilər, qonşularına hücum etməməyi öhdələrinə götürdülər, lakin bunu edirlər və NATO ilə müntəzəm məsləhətləşmələr aparacağı öhdəliyini götürdülər, lakin bunu da etmirlər. Ona görə də hesab edirəm ki, əslində bu təsis aktı Rusiyaya görə faktiki olaraq qüvvədə deyil”, - Coanne bildirib.
Coannenin sözlərinə görə, bundan sonra NATO-nun şərq cinahda öz mövqelərini gücləndirmək üçün heç bir məhdudiyyət yoxdur.

Nizami Bağırov